Çərşənbə axşamı, 09 İyul

ÜST-dən daha bir xəbərdarlıq: "Əvvələ qayıdacağıq"

image

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) direktoru Tedros Adanom Gebreyesus delta variantından daha təhlükəli koronavirus ştammının yaranma təhlükəsi ilə əlaqədar xəbərdarlıq etdi.

Verilən məlumata görə, bunu barədə qurumun rəhbəri Tokioda Beynəlxalq Olimpiya Komitəsinin (BOK) 138-ci sessiyasında çıxış edərkən deyib.

"Virus nə qədər geniş yayılsa, onun daha çox növü ortaya çıxacaq və hazırda bu qədər ziyan vuran "Delta" ştammından daha təhlükəli olma potensialı olacaq. Və nə qədər çox növü olsa, onlardan birinin peyvəndlərdən yayınmaq şansı daha yüksək olacaq - və hamımız əvvələ qayıdacağıq", - Gebreyesus bildirib.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Rişi Sunak istefa verdi

  • 05.07.2024 - 14:15